Şəmkirdə fermada yanğın olub

Şəmkirdə fermada yanğın olub
  02 Sentyabr 2020    Oxunub:1881
Şəmkir rayonunun Könüllü kəndində ümumi sahəsi 550 m² olan fermanın yanar konstruksiyaları 150 m² sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yüksək temperaturdan yaxınlıqdakı köməkçi tikilinin taxtadan ibarət divarı 10 m² sahədə qarsalanıb.

Fermanın qalan hissəsi və tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Şəmkir   Ferma   Yanğın  





Xəbər lenti