Liftdə köməksiz qalan 6 nəfər xilas edildi

Liftdə köməksiz qalan 6 nəfər xilas edildi
  02 Sentyabr 2020    Oxunub:1929
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi, Nizami, Nərimanov və Xətai rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 4 müraciət daxil olub.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 6 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Lift  





Xəbər lenti