Mal-qara oğurlayan “dost”lar saxlanıldı

  02 Sentyabr 2020    Oxunub : 1603
Mal-qara oğurlayan “dost”lar saxlanıldı
İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun 4 nəfər Qəzli və Quşencə kənd sakinləri onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması barədə məlumat veriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan 7 baş iribuynuzlu heyvanı oğurlayan şəxslərin rayonun Quşencə kənd sakinləri Rasim Alızadə və İsrəfil Alızadə olduqları müəyyən edilib. Onlar şübhəli şəxs qismində saxlanılıb.

Saxlanılan şəxslər ifadələrində oğurladıqları heyvanları Şamaxı, Bərdəİsmayıllı rayonlarında satdıqlarını, əldə etdikləri pulu isə öz əyləncələri üçün xərclədiklərini bildiriblər.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Oğurluq