Paytaxtda nənə və nəvəni maşın vurub

Paytaxtda nənə və nəvəni maşın vurub
  02 Sentyabr 2020    Oxunub:2556
Sentyabrın 1-də saat 15 radələrində Xətai rayonunun Gəncə prospektində Bakı şəhər sakini C.Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Xuraman Qədiyevanı və onun nəvəsi, 6 yaşlı Ə.Mirzəyevanı vurub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə X.Qədiyeva aldığı xəsarətlərdən hadisə yerində ölüb, uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Qəza   Nənə   Nəvə  





Xəbər lenti