Həbsdə olan qardaşına narkotik keçirmək istədi

Həbsdə olan qardaşına narkotik keçirmək istədi
  02 Sentyabr 2020    Oxunub:3024
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildirilib ki, Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinə əsasən təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hümmət Həsənov ilə qısamüddətli görüşə gəlmiş qardaşı, Şəki şəhər sakini Bayram Həsənovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı iki ədəd diş məcununun içərisində xüsusi üsulla gizlədilmiş 8 sellofan bükülüdə 3,094 qram heroin, 1,848 qram tiryək və 0,245 qram metanfetamin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Narkotik   Həbsxana  





Xəbər lenti