Sumqayıtda maşın oğrusu saxlanıldı

Sumqayıtda maşın oğrusu saxlanıldı
  02 Sentyabr 2020    Oxunub:3266
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət edən şəhər sakini Y.Ağayev avqustun 31-də şəhər ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.İsgəndərli müəyyən edilərək avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Maşın   Oğurluq  





Xəbər lenti