Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

   Tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  02 Sentyabr 2020    Oxunub:3272
Bu il mayın 14-də Zaqatala rayonu ərazisində İlyas İlyasova bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Zaqatala rayon Prokurorluğundan Azvision.az -a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Azvision.az


Teqlər: Zaqatala   Məhkəmə  





Xəbər lenti