Baş Prokurorluğun Mətbuat Xidmətindən
Azvision.az -a verilən məlumatına görə, istintaqla 28 sentyabr 2019-cu il tarixdə saat 11 radələrində Ramil Ağayevin qardaşı Kənan Ağayev ilə birlikdə, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Abşeron Zeytun” MMC-yə məxsus zeytun bağına gedərək zeytun yığarkən, Cəmiyyətdə zeytun yığımına nəzarət edən və orada sahə rəisi işləyən Bağır Piriyev, mühasib Filman Piriyev və fəhlə Fəhrad İsmayılov onlara yaxınlaşaraq həmin ərazidə zeytun yığmağın qadağan olduğunu deyərək, ərazini tərk etmələrini istədikdə Ramil Ağayev və qardaşı Kənan Ağayev sonunculara ərazini tərk etməyəcəklərini və zeytun yığmağa davam edəcəklərini bildirdiklərinə görə aralarında yaranmış mübahisə zamanı Ramil Ağayev qardaşı Kənan Ağayevlə birlikdə bir qrup şəxs halında orada olan şəxslərə öz üstünlüyünü nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgə yaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri edərək yumruqla, təpiklə və taxta dəyənəklə Bağır Piriyevə zərbələr vurmasına, sonuncuya köməklik etmək üçün onlara yaxınlaşan Filman Piriyevə silah qismində istifadə etdiyi taxta dəyənəklə vuraraq xəsarətlər yetirlməsinə əsaslı şübhələr müəyyən edilib.
Kənan Ağayev Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2 və 221.3-cü, Ramil Ağayev isə Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az