Bu il sosial təminat üzrə ödənilən vəsait açıqlandı

Bu il sosial təminat üzrə ödənilən vəsait açıqlandı
  03 Sentyabr 2020    Oxunub:1572
8 ayda sosial təminat növləri üzrə ötən ilin eyni dövrünə nisbətən 782,7 mln. manat çox olmaqla 3,8 mlrd. manatdan artıq vəsait ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-avqust aylarında ümumilikdə 2 milyon 600 minə yaxın şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.

Həmin sosial təminat növləri üzrə əhaliyə yanvar-avqust aylarında 3,8 mlrd. manatdan çox vəsait ödənilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 25,7% və ya 782,7 mln. manat çoxdur.

Azvision.az




Teqlər: ƏƏSMN   Sosial   Təminat  





Xəbər lenti