AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı rəsmi məlumat

AzTV-nin əməkdaşının öldüyü qəza ilə bağlı rəsmi məlumat
  03 Sentyabr 2020    Oxunub:3203
Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 2-də saat 18 radələrində Səbail rayonunun Parlament prospektində Bakı şəhər sakini S.Abdullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qəbələ rayon sakini Sərxan Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən S.Məmmədov AzTV-nin operatoru olub.

Azvision.az


Teqlər: Yol   Qəza   DİN  





Xəbər lenti