Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək

  04 Sentyabr 2020    Oxunub : 2532
Qlobal istiləşmə virusları daha dayanıqlı edəcək
Səthi sulara düşən enteroviruslar və başqa patogen viruslar yüksək temperatur, günəş işığı və digər mikrobların təsirindən öz fəaliyyətini itirə bilər. Bununla da onların xəstəliyi yaymaq qabiliyyəti azalır.
Lakin “Environmental Science & Technology” jurnalında öz tədqiqatlarını təqdim edən alimlər bildirirlər ki, qlobal istiləşmə virusların inkişafına şərait yarada, onları məlum dezinfeksiyaedici vasitələrə, o cümlədən xlora qarşı daha az həssas edə bilər.

Komanda günəş işığı imitasiyası ilə və ya ondan istifadə etmədən nümunələri göl suyunda kolbalarda 10 və 30 dərəcə temperaturda inkubasiya edərək, insanın enterovirusunun dörd müxtəlif populyasını yaradıb.

Sonra tədqiqatçılar günəş işığını və bakteriyaların mövcudluğunu imitasiya edərək virusları istinin təsirinə məruz qoyublar. Alimlər müəyyən ediblər ki, ilıq suya uyğunlaşdırılan viruslar soyuq suya uyğunlaşdıralan vurislarla müqayisədə istidə fəallığını itirməyə daha dayanıqlıdırlar.

İsti suya uyğunlaşdırılan viruslar sərin suya yerləşdirilərkən soyuq suya uyğunlaşdırılan ştammlara nisbətən daha uzun müddət fəal qalıblar. Bundan başqa onlar xlorun təsirinə daha dözümlü olublar. (AzərTAc)

Azvision.az

Teqlər: Virus   İsti