FHN liftdə qalan 3 nəfəri xilas edib

  04 Sentyabr 2020    Oxunub : 1483
FHN liftdə qalan 3 nəfəri xilas edib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail və Nərimanov rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.
Azvision.az FHN-in saytıan istinadən xəbər verir ki, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Azvision.az

Teqlər: FHN   Xilasetmə