Ötən il 113 mindən çox qadın uşaq dünyaya gətirib

Ötən il 113 mindən çox qadın uşaq dünyaya gətirib
  04 Sentyabr 2020    Oxunub:2030
Ötən il Azərbaycanda 113,1 min qadın dünyaya körpə gətirib. Onların 105,2 mini vaxtında, 4,5 mini vaxtından əvvəl doğuşla dünyaya gəlib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, hamiləliyini baş çatdırmış anaların 27, 7 min nəfərində anemiya, 3 min nəfərində proteinuriya, ödemlər və hipertenziv halları, 3 min nəfərində sidik-cinsiyyət sisteminin xəstəlikləri, 2,1 min nəfərində venoz fəsadları, 877 nəfərində qan dövranı sisteminin xəstəlikləri, 222 nəfərində şəkərli diabet olub.

Azvision.az


Teqlər: Uşaq   Qadın  





Xəbər lenti