İmişli rayon prokurorluğundan
Azvision.az -a bildirilib ki, istintaqla İmişli rayon sakini Emin Quliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vurduqdan sonra avtomobil ilə Zaur Əzizovun üzərindən keçərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Azvision.az