Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərdən birinin qarşısından 4000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.