Bərdədə oğurluq edən şəxs ələ keçdi

Bərdədə oğurluq edən şəxs ələ keçdi
  04 Sentyabr 2020    Oxunub:2866
Oğurluq edən keçmiş məhkum tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 2-də şəhər ərazisindəki evlərdən birinin həyətindən 415 manat dəyərində təmir-tikinti alətləri və su mühərriki oğurlamaqda şübhəli bilinən Güloğlular kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Süleymanov saxlanılıb.

Azvision.az


Teqlər: Bərdə   Oğurluq  





Xəbər lenti