Maşınla vurulan uşaq xəstəxanada öldü

Maşınla vurulan uşaq xəstəxanada öldü
  04 Sentyabr 2020    Oxunub:2922
Cari il avqust ayının 31-də saat 21 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində Bakı şəhər sakini C.Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolun kənarında velosiped sürən paytaxt sakini, 12 yaşlı Elmir Kərimzadəni vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq sentyabrın 3-də orada ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Bakı   Qəza  





Xəbər lenti