FHN-nin xilasetmə qüvvələri kran aşan əraziyə cəlb olundu

   FHN-nin xilasetmə qüvvələri kran aşan əraziyə cəlb olundu
  04 Sentyabr 2020    Oxunub:4606
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənani 37 ünvanında kranın aşması barədə məlumat daxil olub.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, dərhal aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, tikinti şirkətlərindən birinə məxsus qülləli kran yaxınlıqdakı 9 mərtəbəli binanın və qarşısında dayanan avtomobillərin üzərinə aşıb. İlkin məlumata görə, kranın kabinasında olan 1 nəfər ölüb.

Əlavə məlumat veriləcək.

Azvision.az


Teqlər: FHN   Kran   Bakı  





Xəbər lenti