Rusiyadan təxliyə olunan 33 nəfərdə COVID-19 aşkarlandı
"Təəssüflə qeyd olunmalıdır ki, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülmüş testlər nəticəsində 33 nəfərdə COVİD-19 infeksiyası aşkar olunub.
Əvvəlki aylarda həyata keçirilmiş təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.
TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır".
Azvision.az
Teqlər: TƏBİB Koronavirus