Daha 27 nəfər Bakıdan Qazaxıstana yola salındı

Daha 27 nəfər Bakıdan Qazaxıstana yola salındı
  04 Sentyabr 2020    Oxunub:3203
COVID19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 9 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb.
Bakı Limanından Azvision.az -a verilən məlumata görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri 1” bərə gəmisi ilə yola salınan vətəndaşlar hər zaman olduğ kimi ilk olaraq Bakı Limanında COVID-19 pandemiyası ilə bağıı virusa qarşı testdən keçib və testin nəticəsi bütün sərnişinlərdə neqativ çıxıb.

Xatırladaq ki, cari ilin 13 may tarixindən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə minib və bu səbəbdən Kurık limanı ölkə vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 228 Qazaxıstan vətəndaşı və 142 xarici ölkə vətəndaşı Bakı Limanından yola salınıb.

Azvision.az


Teqlər: Bakı   Liman   Qazaxıstan  





Xəbər lenti