Avtobuslarda gediş haqqı artırılmayacaq - RƏSMİ

 Avtobuslarda gediş haqqı artırılmayacaq -  RƏSMİ
  04 Sentyabr 2020    Oxunub:4422
Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a bildirilib ki, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edilməyib. Hazırda Tarif (qiymət) Şurasında bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2018-ci il 30 iyul tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

Azvision.az


Teqlər: Avtobus   Qiymət  





Xəbər lenti