Sumqayıtda nişanlı qız öldürüldü, anası bıçaqlandı

 Sumqayıtda nişanlı qız öldürüldü, anası bıçaqlandı
  05 Sentyabr 2020    Oxunub:7165
Sumqayıtda qətl hadisəsi törədilib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində mənzillərdən birində mübahisə qanla nəticələnib.

Belə ki, şəhər sakini 2000-ci il təvəllüdlü Cabbarova Mehriban Aydın qızı və anası 1978-ci il təvəllüdlü Cabbarova Xatun Eybatulla qızı bıçaqlanıb. Məlumata görə, hadisəni 20 yaşlı qızın nişanlısı törədib. Yaralıların hər ikisi xəstəxanaya çatdırılsa da, M.Cabbarovanın həyatını xilas etmək mümkün olmayıb.

X.Cabbarova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Qətl  





Xəbər lenti