Quba sakinindən tüfəng götürüldü

Quba sakinindən tüfəng götürüldü
  05 Sentyabr 2020    Oxunub:3154
Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə rayonun Ruçuq kənd sakini Fərhad Nəmətova məxsus fərdi evin həyətindən müvafiq sənədləri olmayan bir ədəd “İj” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı araşdırmalar aparılır. Həmin silahın hər hansı cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Azvision.az



Teqlər: DİN   Tüfəng  





Xəbər lenti