Oğuzda oğurluq edən şəxs Göyçayda tutuldu

Oğuzda oğurluq edən şəxs Göyçayda tutuldu
  05 Sentyabr 2020    Oxunub:3645
Oğuzda istirahət mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinə (RPŞ) sentyabrın 4-də rayon ərazisindəki istirahət mərkəzlərinin birində Şuşa şəhər sakini V.Hüseynovun cibindən 520 manat pulunun oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Laçın rayon sakini V.Cəfərov Göyçay rayonu ərazisində saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: Oğuz   DİN  





Xəbər lenti