Bakı sakinindən 5 kq-dan artıq narkotik götürüldü

Bakı sakinindən 5 kq-dan artıq narkotik götürüldü
  05 Sentyabr 2020    Oxunub:5228
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Xəzər rayonu ərazisində Zirə qəsəbə sakini İ. Hüseynov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı onda metamfetamin və 10 ədəd metadon həbi aşkarlanıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı isə əlavə 4 kiloqram 550 qram marixuana, 212 qramdan artıq heroin, 240 qramdan çox tiryək və daha 500 metadon həbi götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti