Bakının küçələrində silahlar tapılıb

Bakının küçələrində silahlar tapılıb
  05 Sentyabr 2020    Oxunub:5301
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində Keşlə qəsəbəsi ərazisində kustar üsulla hazırlanmış “Revolver” tipli tapança və 34 ədəd müxtəlif çaplı patron aşkarlanıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində M.Hadi küçəsində “TT” markalı tapança və 1 ədəd patron darağı tapılıb.

Azvision.az



Teqlər: DİN   Tapança  





Xəbər lenti