Şabranın mərkəzi bazarında yanğın olub

Şabranın mərkəzi bazarında yanğın olub
  06 Sentyabr 2020    Oxunub:5518
Şabran rayonunda mərkəzi bazar ərazisində yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 16 m² olan mağazanın yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan mağazanın yanar konstruksiyaları 10 m² sahədə və ümumi sahəsi 9 m² olan digər mağazanın dam örtüyü yanıb. Hər iki mağazanın qalan hissəsi və bitişik digər mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Salyan  





Xəbər lenti