Sumqayıtda iki maşın toqquşdu, 7 nəfər yaralandı

   Sumqayıtda iki maşın toqquşdu, 7 nəfər yaralandı
  06 Sentyabr 2020    Oxunub:3368
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınları ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəza zamanı 1987-ci il təvəllüdlü Həsənov Şəhriyar Abdulhüseyn oğlu, həyat yoldaşı 1988-ci il təvəllüdlü Həsənova Ülkər İmran qızı və onların qızları 2013-cü il təvəüllüdlü Həsənova İnci Şəhriyar qızı və 2017-ci il təvəllüdlü Həsənova Ləman Şəhriyar qızı, Əlizadə Rövşən Babək oğlu, Sahilzadə Samir Baba oğlu və Quliyev Seymur Sadiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti