Bakıda toz dumanı müşahidə olunur

Bakıda toz dumanı müşahidə olunur
  07 Sentyabr 2020    Oxunub:4019
7 sentyabr 2020-ci il tarixində Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir.
Azvision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, peyk müşahidələrinə əsasən transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının 9 sentyabr axşam saatlarınadək davam edəcəyi gözlənilir.

Azvision.az



Teqlər: Hava   Toz  





Xəbər lenti