Paytaxtda qadın qarət edildi

Paytaxtda qadın qarət edildi
  07 Sentyabr 2020    Oxunub:2154
Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Mehdiyeva sentyabrın 5-də Mərdəkan qəsəbəsi ərazisində bir nəfərin onun içərisində pul və sənəd olan pulqabısını açıq talama yolu ilə aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Balayev müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.


Azvision.az



Teqlər: DİN   Qarət  





Xəbər lenti