Hacı Abbas hamamı tullantılardan təmizlənir - FOTO

  07 Sentyabr 2020    Oxunub : 3379
Hacı Abbas hamamı tullantılardan təmizlənir -    FOTO
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə məişət tullantıları ilə zibilləndirilmiş Hacı Abbas hamamında təmizlik işlərinə başlayıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Azvision.az -a verilən məlumata görə, abidənin içərisi və ətrafı zibildən təmizlənir.



Nardaran qəsəbəsində yerləşən, yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatına götürülən tarixi tikili dəfələrlə zibildən təmizlənsə də, eyni hallar yenidən təkrarlanıb.

Sakinlər abidəni zibilləndirmələrini yaxınlıqda zibil qutularının olmaması ilə izah edirlər. Həmin əraziyə yaxın yerdə zibil qutuları da qoyulacaq.





Azvision.az

Teqlər: Nardaran   Hacı-Abbas   Hamam