Dağda köməksiz qalan 5 nəfər xilas edildi

Dağda köməksiz qalan 5 nəfər xilas edildi
  08 Sentyabr 2020    Oxunub:3025
Qəbələdə dağda 5 nəfər köməksiz vəziyyətdə qalıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Vətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz əraziyə endirilib.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti