“Mercedes”lə qadını vurub öldürdü

“Mercedes”lə qadını vurub öldürdü
  08 Sentyabr 2020    Oxunub:3057
Abşeron rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 7-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini C.Həşimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qadını vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti