Soyğunçuluq edən keçmiş məhkum saxlanıldı

Soyğunçuluq edən keçmiş məhkum saxlanıldı
  08 Sentyabr 2020    Oxunub:3131
Soyğunçuluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Yasamal RPİ 27-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 25-də A.Behbudovaya zor tətbiq edib soyğunçuluq yolu ilə içərisində pul və mobil telefon olan çantasını almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hacıyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Soyğunçu  





Xəbər lenti