Şirvanda ağır qəza, ölən və yaralı var

Şirvanda ağır qəza, ölən və yaralı var
  08 Sentyabr 2020    Oxunub:3654
Sentyabrın 7-də saat 15 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Murad Şərifov idarə etdiyi şəxsi “Saipa” markalı avtomobili yolun kənarında dayanan şəhər sakini Ə. Soltanova məxsus “VAZ-2106” markalı avtomobilə vurub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, zərbənin təsirindən “VAZ-2106” markalı avtomobil şəhər sakini Eldar Ələkbərova dəyib.

Nəticədə E.Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb, Ə.Soltanov xəstəxanaya yerləşdirilib. Şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti