Cəlilabadda avtoxuliqan həbs olundu
Bildirilib ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materillar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini etiraf edib, əməlindən peşman olduğunu bildirib.
Cəlilabad Rayon Məhkıməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Azvision.az
Teqlər: Avtoxuliqan