Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı

Gömrükdən gizli dərman keçirmək cəhdi alınmadı
  09 Sentyabr 2020    Oxunub:3292
Dərman preparatlarının gömrük nəzarətinə bəyan edilmədən keçirilməsi cəhdinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 2 ədəd planşet, 730 ədəd müxtəlif adda dərman preparatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: DGK   Gömrük  





Xəbər lenti