Lənkəranda birmərtəbəli ev yanıb

Lənkəranda birmərtəbəli ev yanıb
  09 Sentyabr 2020    Oxunub:2185
Lənkəran şəhərinin Girdəni kəndində ümumi sahəsi 195 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Lənkəran  





Xəbər lenti