Narkotacirdən 14 kq marixuana və silah götürüldü

Narkotacirdən 14 kq marixuana və silah götürüldü
  09 Sentyabr 2020    Oxunub:3147
Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a bildirilib ki, daxil olan məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli olan rayonun Cəngan kənd sakini, əvvəllər məhkum edilmiş Şahin Hüseynov saxlanılıb.

Ş.Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman orada aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 27 ədəd çətənə kolu və çəkisi 14 kq olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin Ş.Hüseynovun həmin yerin mühafizəsi məqsədi ilə istifadə etdiyi 1 ədəd tüfəng də maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti