DİN tanınmış gitaraçının ölümü ilə bağlı məlumat yaydı

DİN tanınmış gitaraçının ölümü ilə bağlı məlumat yaydı
  09 Sentyabr 2020    Oxunub:3566
Sentyabrın 8-də saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, həmin gün saat 12 radələrində Ş. Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə baxış zamanı müvafiq sənədləri olan “Escot” markalı ov tüfəngi, 10 ədəd patron və 1 boş giliz aşkar edilərək götürülüb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Qeyd edək ki, dünyasını dəyişən Nofəl Süleymanlı tanınmış gitara ifaçısı olub.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti