Bakıda narkotik satan qadınlar tutuldu

Bakıda narkotik satan qadınlar tutuldu
  09 Sentyabr 2020    Oxunub:3236
Narkotik vasitə ilə tutulan N.Əhmədovanın ətrafında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə ona narkotik vasitəni satmaqda şübhəli bilinən Yeni Günəşli qəsəbəsində yaşayan X.Mustafayeva saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 8 qramdan artıq, yaşadığı mənzildən isə 9 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə X.Mustafayevaya narkotik vasitəni satmaqda şübhəli bilinən A.Sadıqov da müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan 470 qramdan artıq marixuana, yaşadığı mənzildən isə 24 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti