"VAZ-2107" ilə yolu keçən kişini vurub öldürdü

"VAZ-2107" ilə yolu keçən kişini vurub öldürdü
  09 Sentyabr 2020    Oxunub:3658
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 8-də saat 23 radələrində Sumqayıt şəhəri ərazisində Abşeron rayon sakini A. Məmmədov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Zaur Cavadovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Piyada  





Xəbər lenti