Nazirlik 3 uşağı əcnəbiyə övladlığa verib

Nazirlik 3 uşağı əcnəbiyə övladlığa verib
  09 Sentyabr 2020    Oxunub:3137
“Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib.

Qeyd olunub ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində olub: “Ötən ilin noyabrın 1-dək 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Uşaq   Əcnəbi   Nazirlik  





Xəbər lenti