Lənkəran sakinləri 3 kq-dan çox heroinlə tutuldu

Lənkəran sakinləri 3 kq-dan çox heroinlə tutuldu
  09 Sentyabr 2020    Oxunub:3786
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakinləri E.Quliyev və A.Dadaşzadə Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Abşeron rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Axtarış zamanı E.Quliyevdən 2 kiloqram 20 qram, Ayxan Dadaşzadədən isə 1 kiloqram 20 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

Azvision.az


Teqlər: Narkotik  





Xəbər lenti