Qəbələdə ikimərtəbəli ev yandı

Qəbələdə ikimərtəbəli ev yandı
  09 Sentyabr 2020    Oxunub:3431
Qəbələ rayonunun Aydınqışlaq kəndində ümumi sahəsi 336 m2 olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və çardağı 70 m2 sahədə yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN   Qəbələ  





Xəbər lenti