Yasamalda ağacların dibi betondan təmizləndi

Yasamalda ağacların dibi betondan təmizləndi
  09 Sentyabr 2020    Oxunub:3342
Ötən gün sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılmışdı.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidmətindən Azvision.az -a bildirilib ki, BŞİH-in müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib, acağların dibi betondan təmizlənib, ağaclara su verilib və ərazi nəzarətə götürülüb.

Azvision.az


Teqlər: Yasamal   Ağac  





Xəbər lenti