Oğurluq edən qadın tutuldu

Oğurluq edən qadın tutuldu
  10 Sentyabr 2020    Oxunub:2338
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə avqustun 31-də rayon ərazisindəki gözəllik salonlarının birindən 50 manat dəyərində eynək qabının oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakini Z.Əliyeva tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun F.Bəylərlinin pulqabısından 400 manat, E.Sərxanovanın çantasından isə 200 manat oğurlaması da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN   Oğurluq  





Xəbər lenti