İmkansız şagirdlərə məktəbli forması və dərs ləvazimatları verildi

İmkansız şagirdlərə məktəbli forması və dərs ləvazimatları verildi
  11 Sentyabr 2020    Oxunub:2358
Naxçıvanda 458 sosial qayğıya ehtiyacı olan şagirdə məktəbli forması və dərs ləvazimatları verilib.
Azvision.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Bilik Günü münasibətilə uşaqları təbrik ediblər.

Daha sonra hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 78, sağlamlıq imkanları məhdud 290, aztəminatlı ailələrin övladlarından isə 90 olmaqla, ümumilikdə 458 məktəbli təhsil sovqatı ilə sevindirilib.



Bildirilib ki, Naxçıvan Muxtar Respublikasıında həyata keçirilən kompleks tədbirlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində yeni mərhələnin əsasını qoyulub. Bu gün sosial qayğıya ehtiyacı olan uşaqların məktəbli geyim və lavəzimatları ilə təmin olunması da bu kateqoriyadan olan uşaqlara göstərilən dövlət qayğısının bariz ifadəsidir. Eyni zamanda, uşaqlara mənəvi dayaq, valideyinlərə göstərilən maddi dəstəkdir.

Tədbirdə valideynlər adından çıxış edən Aynur Şahbazova dövlətimizə öz minnətdarlığını bildirib.

Qeyd edək ki, tədbir muxtar respublikanın bütün rayonlarını əhatə edib.





Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Məktəbli   Yardım  





Xəbər lenti