Bakıda iki maşın toqquşdu, ölən və yaralılar var

Bakıda iki maşın toqquşdu, ölən və yaralılar var
  11 Sentyabr 2020    Oxunub:3510
Sentyabrın 10-u saat 8 radələrində Pirallahı qəsəbəsində qəsəbə sakinləri O.Camalovun idarə etdiyi “Hyundai” markalı avtobus və Ü.Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə Ü.Abbaszadənin sərnişini Adilxan Cabbarlı hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdirilib.

Pirallahı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti