2 yaşlı uşağı maşın vurub öldürdü

2 yaşlı uşağı maşın vurub öldürdü
  11 Sentyabr 2020    Oxunub:2716
Sumqayıt şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, sentyabrın 10-da saat 19 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İbrahim İbrahimov idarə etdiyi “Toyota” markalı avtomobillə həmyerlisi 2 yaşlı Rəvanı vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti